Sankt-Peterbuqrun Vıborq rayon Parqolovo kəndində qadın doqquz aylıq qızını öldürərək günahı rəfiqəsinin üstünə atmağa çalışıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, 23 yaşlı ana 9 aylıq və 1,8 yaşlı iki uşağını dostuna verərək keçmiş sevgilisi ilə görüşə gedib. Ancaq üzərində telefon götürməyib. Ana qayıdanda dostu evdə olmayıb və qapı bağlı olub.
Məlumata əsasən, doqquz aylıq qızın meyiti divarla çarpayı arasında tapılıb. Ölüm səbəbinin müəyyən edilməsi üçün meyit ekspertizaya aparılıb. Hazırda ev sahibi olan qadının dostu axtarılır. Həmçinin ana saxlanılaraq şöbəyə aparılıb.
Ananın qonşusunun sözlərinə görə, o, spirtli içki və narkotik qəbul edib, eləcə də uşaqları sistemli şəkildə döyüb.
Faktla bağlı “qətl” maddəsi ilə cinayət işi başlanıb.