ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın administrasiyasına Venesuelaya qarşı ali qanunverici orqanın təsdiqi olmadan hərbi güc tətbiq etməmək tələbi ilə bağlı birgə qətnaməni rədd edib.
"Report"un məlumatına görə, qətnamə üzrə 215 konqresmen lehinə, 215 nəfər isə əleyhinə səs verib.
Sənəd səs çoxluğu qazana bilmədiyi üçün qəbul edilməyib.
Ötən həftə senat da analoji qətnaməni bloklayıb. Sənədi 50 senator dəstəkləyib, eyni sayda senator isə əleyhinə səs verib. ABŞ-nin vitse-prezidenti senata sədrlik etdiyi üçün Cey Di Vens konstitusiyaya əsasən öz səsvermə hüququndan istifadə edib.
Birgə qətnamənin qanun qüvvəsi alması üçün konqresin hər iki palatası və prezident tərəfindən təsdiqlənməsi tələb olunur.