Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində 34 yaşlı qadın dəm qazından boğulub.
"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Elmira Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun