Futzal üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib.
"Report"un məlumatına görə, Bakı İdman Sarayında Danimarka seçməsi ilə üz-üzə gələn yığma 1:4 hesabı ilə uduzub.
Azərbaycan yığmasının qolunu Nihat İsmayılov vurub.
Qeyd edək ki, yığmalar yanvarın 24-də eyni arenada yenidən üz-üzə gələcəklər.