IMG-LOGO

"Real"ın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib

22 Jan 2026 19:17 4 baxış
IMG

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin VII turunda "Monako" ilə (Fransa) keçirilən görüşdə (6:1) 1 qol vuraraq vuraraq və 3 məhsuldar ötürmə edərək komandasının qələbəsində əsas pay sahibi olub.

Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Robert Navarro ("Atletik"), Robert Levandovski, Fermin Lopez (hər ikisi "Barselona") və Luis Suarezi ("Sportinq") qabaqlayıb.

Xəbər lenti