IMG-LOGO

Masazırda evdə yanğın olub, 46 yaşlı qadın ölüb

22 Jan 2026 17:26 3 baxış
IMG

Abşeron rayonu Masazır qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində 46 yaşlı qadın ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə qəsəbənin Abşeron küçəsində qeydə alınıb.

Həmin küçədəki fərdi yaşayış evlərindən birində baş verən yanğın zamanı ev sahibi, 46 yaşlı Nigar Eminbəyli yanaraq həyatını itirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti