IMG-LOGO

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var

22 Jan 2026 17:33 3 baxış
IMG

Gəncə şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "Opel", "Ford" və daha bir avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü S.Məmmədova və 1996-cı il təvəllüdlü Y.Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti