IMG-LOGO

Zərdabda avtomat və qumbara aşkar olunub

22 Jan 2026 16:50 3 baxış
IMG

Zərdab rayonunda avtomat və qumbara aşkarlanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Gəlmə kəndi ərazisində qeydə alınıb.

Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 1 ədəd "AK-74" markalı avtomat silah və 30 ədəd patron, eləcə də 1 ədəd işıq-səs qumbarası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti