Bakıda qanunsuz ov edənlər saxlanılıb.
Lent.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsi əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Sahil qəsəbəsində tədbirlər keçirilib. Nəticədə müvafiq icazələri olmadan qanunsuz ov edən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların Lənkəran rayon sakinləri H.Kərimov və R.Əkbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən 2 ədəd ov silahı, patronlar və qanunsuz ovlanmış müxtəlif növ çöl quşları aşkarlanıb.
Araşdırma aparılır.
Hadisələr