İspaniyanın "Barselona" klubunun futbolçusu Mark Kasado karyerasını İngiltərədə davam etdirə bilər.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" 22 yaşlı müdafiəçi ilə maraqlanır.
"Qırmızı şeytanlar" artıq oyunçunun keçidi ilə bağlı Kataloniya təmsilçisinə müraciət edib.
Bundan əlavə, "Atletiko" da Kasadonu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Mark Kasadonun klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm La Liqada 13 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.