Hacıqabulda ağır yol qəzası zamanı 1 nəfər ölüb, daha bir nəfər yaralanıb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qarasu kəndində qeydə alınıb.
Belə ki, “KamAZ” digər yük maşını ilə toqquşub. Qəza nəticəsində Bərdə rayon sakini, 2000-ci il təvəllüdlü Tahirli Nurlan İlham oğlu hadisə yerində ölub, daha bir nəfər isə (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim Telegram kanalımıza abunə olun