Rusiyanın Moskva məhkəməsi “Vasya Bandit” ləqəbli kriminal avtoritet İqor Kokunovun vəkillərinin işi yenidən prokurorluğa qaytarmaqla bağlı vəsatətini rədd edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hakimin sözlərinə görə, müttəhimə irəli sürülən ittihamın əsaslı olub-olmaması məsələləri cinayət işinə baxılarkən yoxlanılmalıdır.
Qeyd olunur ki, Vasya Bandit 3 milyon dollar məbləğində hədə-qorxu ilə tələb etmədə ittiham olunur. 2025-ci il sentyabrın 16-da məhkəmə kriminal avtoriteti 8 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Lakin “qanuni oğru”nun səhhətində problemlər olduğuna görə onu ev dustaqlığına göndəriblər.
Vasya Bandit həbsxanalarda təxminən 37 il keçirib. İlk cəzasını 15 yaşında oğurluğa görə alıb. Daha sonra isə onu daha ağır cinayətlərə görə mühakimə ediblər.
İqor Kokunov kriminal aləmdə mühüm fiqur hesab olunur. O, dəfələrlə adam oğurluğu, hədə-qorxu ilə tələb etmə və qarətə görə məhkum edilib. 2020-ci ildə Kokunov “cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaq” maddəsi ilə saxlanılıb. 1993-cü ildən etibarən o, Moskva vilayətinin üç rayonunda “qanuni oğru” olub.
İki ildən sonra Banditə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub, lakin o, qolbağını çıxararaq, qaçıb. Bir il yarım sonra o, İnterpolun orderi əsasında Albaniya ilə Monteneqro arasındakı nəzarət-keçid məntəqəsində saxlanılıb. 2024-cü il oktyabrın 30-da Kokunov Rusiyaya ekstradisiya edilib.
Qanuni oğru kriminal avtoritetlər