IMG-LOGO

Bu uşaq qidalarında təhlükə var - RƏSMİ

22 Jan 2026 11:28 3 baxış
IMG
0 0

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

Lent.az xəbər verir ki, bu barədə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Hadisələr təhlükəli uşaq qidaları uşaq qidaları

Xəbər lenti