IMG-LOGO

Bakıda daha bir gənc dəm qazının qurbanı oldu

22 Jan 2026 10:14 2 baxış
IMG
0 0

Bakıda daha bir gənc oğlan dəm qazının qurbanı olub.

Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.

25 yaşlı Əhmədzadə Əhmədəli Sahib oğlu evin hamamında dəm qazından zəhərlənərək, ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda da gənc oğlanın dəm qazından zəhərlənib ölməsi barədə xəbər vermişdik.

Hadisələr

Xəbər lenti