IMG-LOGO

SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib

22.01.2024 18:00 64 baxış
IMG

SSRİ yığmasının heyətində 1972-ci ildə Yay Olimpiya Oyunlarının qalibi olmuş Anatoli Polivoda vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, 76 yaşında dünyasını dəyişib. Anatoli Polivoda 1967-ci ildə SSRİ millisi ilə dünya, 1967, 1969 və 1971-ci illərdə Avropa çempionu olub.

Hazırda 1972-ci ildə SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş iki basketbolçu sağdır. Bunlar İvan Yedeşko və Modestas Paulauskasdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti