UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisinin oyunçusu Kamilo Duran bu ada layiq görülüb.
O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.