IMG-LOGO

AFFA prezidenti "Qarabağ"ı təbrik edib

21 Jan 2026 23:56 4 baxış
IMG

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Qarabağ" Futbol Klubu böyük əzmkarlıq nümayiş etdirərək Almaniyanın güclü təmsilçisi "Ayntraxt" üzərində inamlı qələbə qazandı. Bu uğurlu nəticə münasibətilə komandamızı və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, növbəti oyunlarda yeni qələbələr arzulayırıq", - deyə o qeyd edib.

Xəbər lenti