IMG-LOGO

Bakıda motosiklet avtomobillə toqquşdu, 1 nəfər ağır yaralandı

21 Jan 2026 22:35 5 baxış
IMG
2 0

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə motosikletlə “Renault” markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, motosikletin sürücüsü ağır dərəcəli bədən xəsarətləri alıb və huşsuz vəziyyətdə təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Əraziyə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

qəza

Xəbər lenti