IMG-LOGO

Çempionlar Liqası: "Qarabağ" - "Ayntraxt" oyununda ikinci qol vurulub - YENİLƏNİR-2

21 Jan 2026 22:00 3 baxış
IMG

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda ikinci qol vurulub.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qonaqlar hesabı bərabərləşdiriblər - 1:1.

11-ci dəqiqədə Can Uzun adını tabloya yazdırıb.

21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda önə keçiblər.

4-cü dəqiqədə Kamilo Duran fərqlənib.

21:48

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyunu start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü isveçrəli FIFA referisi Sandro Şerer idarə edir.

Xəbər lenti