Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, müğənni Dəniz Əsədova ifadə verib. O, Məhərrəm Məhərrəmovu Bəxtiyar adlı şəxsin vasitəsilə tanıdığını deyib:
"Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov mənim işim üzrə ifadə veriblər ki, guya əlillik dərəcəsi düzəldilməsi üçün pul almışam. Amma həmin pulu Mehparə Kazımova alıb. Mən Məhərrəm Məhərrəmovu tanımamışam. Onun əlillik dərəcəsi düzəltməyi ilə bağlı məlumatın yoxdur".
Növbəti proses fevralın 18-nə təyin olunub.
Xatırladaq ki, ittihama görə Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müştərilər arasında “körpü” yaratdığı bildirilir. Həmin adamlar da əlillik dərəcəsi, sosial müavinət və sair almaq üçün Məhərrəmin köməkliyi ilə baş həkimə rüşvət veriblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən M.Məhərrəmova Cinayət Məcələsinin 32.5, 311.3.3 (külli miqdarda rüşvət almağa ömək etmə) və digər maddələri ilə ittiham verilib. Onun barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.İsfəndiyarovun da məhkəməsi davam edir. O, həbsdə mühakimə edilir.
kriminal Dəniz Əsədova məhkəmə