IMG-LOGO

"Trabzonspor"un futbolçusu Belçika klubuna keçib

21 Jan 2026 17:19 3 baxış
IMG

Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Danilo Sikan "Anderlext"ə (Belçika) keçib.

"Report" xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, hücumçu ötən mövsümün ortasında "Trabzonspor"a keçmişdi. O, Türkiyə klubunun heyətində meydana çıxdığı 34 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti