“Barselona” gələcəkdə Levandovskini əvəzləmək üçün misirli gənc istedadın transferi barədə razılığa gəlib.
Lent.az xəbər verir ki, söhbət Hamza Kərimdən gedir.
Məlumata görə, “Barselona” rəhbərliyi 18 yaşlı futbolçu və onun agenti ilə transferlə bağlı görüşlər keçirib və bir neçə raunddan sonra razılaşma təsdiqlənib.
Hazırda katalon komandası hücumçunun keçidini yekunlaşdırmaq üçün Misir klubu ilə danışıqlar aparır.
İdman xəbərləri Barselona