IMG-LOGO

PSJ-nin futbolçusu və həyat yoldaşı insan alverində ittiham olunurlar

21 Jan 2026 16:46 2 baxış
IMG

Fransanın PSJ klubunun müdafiəçisi Luka Ernandes və həyat yoldaşı insan alveri və qanunsuz işçi qüvvəsindən istifadə etməkdə ittiham olunurlar.

"Report" xəbər verir ki, bu barədə "Paris-Match" məlumat yayıb.

Versal prokurorluğuna daxil olan şikayət ərizəsi rəsmi sənədləri olmadan cütlüyün yanında çalışan beş Kolumbiya vətəndaşından ibarət ailə tərəfindən təqdim edilib. Məlumata görə, həmin şəxslər futbolçunun evində mühafizəçi, təhlükəsizlik xidmətinin əməkdaşı, xadimə, aşpaz və dayə kimi fəaliyyət göstəriblər.

Qeyd edək ki, 29 yaşlı L.Ernandes 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, karyerası ərzində "Bavariya" və "Atletiko"nun da formasını geyinib. Futbolçu Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə mundialın gümüş mükafatçısı olub.

Xəbər lenti