IMG-LOGO

Nikolay Adam: "Qarabağ" Çempionlar Liqasında özünü sübut etmiş komandadır"

21 Jan 2026 16:03 2 baxış
IMG

"Qarabağ" Çempionlar Liqasında özünü sübut etmiş komandadır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin aşağı yaş qruplarından ibarət milli komandalarında baş məşqçi kimi çalışmış Nikolay Adam deyib.

2017-ci ildən "Ayntraxt"ın Beynəlxalq Əlaqələrin İnkişafı Departamentində çalışan almaniyalı mütəxəssis bu gün Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcək "Qarabağ" və "Ayntraxt" komandalarının şanslarını dəyərləndirib:

"Hər iki komandanın şansları 50-nin 50-yədir. "Qarabağ" çox yaxşı rəqabət aparmağı bacarır. Azərbaycan təmsilçisi artıq Çempionlar Liqasında özünü sübut edib və bir çox hallarda uğurlu nəticələr qazanır. Mən "Qarabağ"ın oyunlarını izləyirəm. Lakin tək bu klubun yox, Avropanın başqa kollektivlərinin matçlarını da təqib edirəm. Çünki bu, işimin bir hissəsidir".

N.Adam bildirib ki, "Ayntraxt" pley-offa yüksəlmək üçün Bakıda mütləq qalib gəlməlidir:

"Bizim komandanın şansının davam etməsi üçün Bakıda mütləq qalib gəlməlidir. Hər kəs bunu yaxşı anlayır. Pley-offa çıxmaq üçün mütləq qələbə lazımdır".

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər lenti