IMG-LOGO

Gürcüstanda ova gedib itkin düşən 83 yaşlı azərbaycanlının meyiti tapıldı

21 Jan 2026 14:17 3 baxış
IMG
0 0

Üç gün davam edən axtarışlardan sonra Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində itkin düşən 83 yaşlı Fərhad Namazovun meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun cansız bədəni bu səhər axtarış aparan yerli sakinlər tərəfindən Qızılhacılıda “Qaranlıq dərə” adlanan dağ yamacının ətəyində aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, 83 yaşlı kişi yanvarın 18-də ov məqsədi ilə evdən çıxıb və qayıtmayıb.

Hadisələr

Xəbər lenti