IMG-LOGO

Bir gecədə 6 qonşunun velosipedini oğurladı - BAKIDA

21 Jan 2026 09:49 2 baxış
IMG
1 1

Bakının Yasamal rayonunda talama cinayətləri qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisələr zamanı ayrı-ayrı şəxsə məxsus 6 ədəd velosiped oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş 40 yaşlı R.Məmmədovu müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun bir gecədə eyni binada yaşayan 6 zərərçəkənin mənzillərinin girişində saxladıqları velosipedləri taladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisələr

Xəbər lenti