Konqo futbol millisinin kapitanı Şansel Mbemba Afrika Kubokunda Mərakeş millisinə qarşı oyundan sonra internetdə irqçi təhqirlərə məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” yazıb.
Qaradəricili futbolçunun instaqram hesabı onun son paylaşımlarına meymun və ya qorilla emojiləri ilə cavab verən və ya irqçi şərhlər yazan bir çox istifadəçi tərəfindən hədəfə alınıb.
Xatırladaq ki, oyundan sonra Mbemba ilə Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi arasında qarşıdurma olub ki, bu da komandaların oyunçuları və məsul şəxsləri arasında davaya gətirib çıxarıb.
Qeyd edək ki, Mbemba Fransanın aparıcı klubu “Marsel”də çıxış edir.
Bizim WhatsApp kanalımıza abunə olun