İngiltərənin "Arsenal" klubu futbolçusu İtan Nvanerini icarəyə verəcək.
"Report"un yerli mətbuatına istinadən məlumatına görə, 18 yaşlı müdafiəçi mövsümün sonunadək Fransa təmsilçisi "Marsel"də çıxış edəcək.
Lakin Liqa 1 komandası oyunçunu almaq almaq imkanına malik olmayacaq.
Qeyd edək ki, İtan Nvaneri cari mövsüm bütün turnirlərdə 12 matça çıxıb və 1 qolla yadda qalıb.