IMG-LOGO

İngiltərə millisinin müdafiəçisi klubundan ayrıla bilər

20 Jan 2026 16:21 3 baxış
IMG

İngiltərə millisinin futbolçusu Con Stounz "Mançester Siti" klubundan ayrıla bilər.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisinin mövsümün sonunda komanda ilə vidalaşmaq ehtimalı var.

Oyunçunun "şəhərlilər"lə müqaviləsinin müddəti yayadək qüvvədədir. Mançester təmsilçisi yeni sözləşmə təklif etməsə, Stounz azad agent olacaq.

Qeyd edək ki, 2016-ci ildən "Mançester Siti"də çıxış edən futbolçu cari mövsüm 13 matçda meydanda olub.

Xəbər lenti