"Real Madrid" İspaniya çempionatının 21-ci turunun matçında "Almeriya" üzərində 3:2 hesabı ilə qələbə qazanıb.
“Report” xəbər verir ki, Karlo Ançelottinin yetirmələri matçın ilk dəqiqəsində qol buraxıb, Larci Ramazani fərqlənib.
Fasiləyə az qalmış Edqar Qonzales hesabı 2:0-a çatdırıb.
57-ci dəqiqədə braziliyalı Kaikinin qaydanı pozması penalti ilə nəticələnib. Cud Bellinhem 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib. Hakim əvvəlcə qolu ləğv etmək istəsə də, videotəkrarına baxdıqdan sonra qolu sayıb. Daniel Karvaxal 99-cu dəqiqədə vurduğu qolla “Real Madrid”ə qələbə qazandırıb – 3:2.
Xatırladaq ki, 20 oyundan “Real Madrid”in aktivində 51 xal var. Onun ən yaxın təqibçisi 49 xalla “Jirona”dır. “Almeriya” isə 21 oyundan sonra cəmi 6 xala sahibdir. Komanda cari mövsümdə sadəcə bir dəfə qələbə qazanıb.
Bizim Telegram kanalımıza abunə olun