IMG-LOGO

Biləsuvarda baş verən kütləvi dəm qazından zəhərlənmə ilə bağlı TƏBİB açıqlama verib - YENİLƏNİB

21.01.2024 21:16 71 baxış
IMG

Biləsuvarda baş verən kütləvi dəm qazından zəhərlənmə ilə bağlı TƏBİB açıqlama verib.

"Report"un Muğan bürosuna verilən açıqlamada bildirilir ki, bu gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsilə 11 nəfər müraciət edib.

Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

20:43

Biləsuvar rayonunda bu gün ərzində kütləvi dəm qazından zəhərlənmə hadisələri baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisələr dörd fərqli ünvanda qeydə alınıb.

İlkin məlumata görə, ümumilikdə 11 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlar Biləsuvar rayon sakinləri - 1980-ci il təvəllüdlü R. Babayeva, 2007-ci il təvəllüdlü E. Babayeva, 2010-cu il təvəllüdlü Z. Suvarlı, 1988-ci il təvəllüdlü G. Suvarova, 2015-ci il təvəllüdlü A. Suvarov, 2009-cu il təvəllüdlü F. Məmmədzadə, 2006-ci il təvəllüdlü M. Məmmədzadə, 1979-cu il təvəllüdlü L. Məmmədova, 2012-ci il təvəllüdlü Z. Məmmədova, 1997-ci il təvəllüdlü G. İbrahimova, 1969-cu il təvəllüdlü R. Əliyevadır.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti