Yevlax rayonunun Gülövşə kəndində beşotaqlı ev yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, evin ümumi sahəsi 180 m² təşkil edib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.