İtaliyanın "İnter" klubu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Leon Yakiroviçin transferini başa çatdırmağa yaxındır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisi 18 yaşlı futbolçu üçün 2,5+2 (bonus) milyon avro ödəyəcək.
Zaqreblilər xorvatiyalı müdafiəçinin növbəti satışından da gəlir əldə edəcək.
L.Yakiroviç yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacaq. O, ilk olaraq "İnter"in U-23 komandasının heyətində yer alacaq.
Qeyd edək ki, Leon Yakiroviç "Dinamo"nun əsas heyətində dörd matça çıxıb.