“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.
"Qırmızı-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.
Müayinələrdən sonra onun sağ dizinin iç bağlarından xəsarət aldığı müəyyənləşib. Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.
Nigeriyalı oyunçu meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.
Bizim WhatsApp kanalımıza abunə olun