IMG-LOGO

Mərakeş Futbol Federasiyası Afrika Millətlər Kubokunun finalı ilə bağlı məhkəməyə şikayət edəcək

19 Jan 2026 20:57 3 baxış
IMG

Mərakeş Futbol Federasiyası (FRMF) Afrika Millətlər Kubokunun finalında hakimin qərarları və Seneqal komandasının meydanı tərk etməsi ilə bağlı yaşananlara görə rəsmi bəyanat yayıb.

"Report" xəbər verir ki, FRMF baş verənlərlə bağlı apellyasiya müraciəti ediləcəyini açıqlayıb, eyni zamanda milli komandaya göstərilən dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən gün keçirilən final görüşünün əsas vaxtı heç-heçə ilə başa çatıb.

Oyunun sonlarında Mərakeşin xeyrinə təyin edilən penaltidən sonra Seneqal futbolçuları etiraz əlaməti olaraq meydanı tərk ediblər. Federasiya bu halın oyuna və Mərakeş oyunçularının psixoloji durumuna təsir etdiyini bildirib.

Penalti zərbəsini Braim Dias yerinə yetirsə də, rəqib qapıçı Eduard Mendi topu dəf edib. Əlavə vaxtda Seneqal həlledici qolu vuraraq kuboku qazanıb.

Xəbər lenti