IMG-LOGO

İtaliyalı modelyer Valentino 93 yaşında vəfat edib

19 Jan 2026 21:34 3 baxış
IMG

İtaliyalı modelyer, "Valentino" moda evinin qurucusu Valentino Qaravani 93 yaşında Romadakı evində vəfat edib.

"Report"un "Skytg24" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Qaravani Mədəni-Tarixi Fondu açıqlama yayıb.

Dəfn mərasimi yanvarın 23-də saat 11:00-da Roma şəhərinin mərkəzində, Respublika meydanı, 8 ünvanında yerləşən Santa-Maria-degli-Angeli bazilikasında keçiriləcək.

Valentino Qaravani 1932-ci ildə İtaliyanın şimalında anadan olub. Məktəbdən sonra Milandakı İncəsənət Akademiyasında və Parisdəki Yüksək Moda Sindikatının məktəbində təhsil alıb. Bundan əlavə, o, fransız modelyerləri Jan Desse və Gi Laroşanın yanında təcrübə keçib. İtaliyaya qayıtdıqdan sonra Romada öz tikiş emalatxanasını açıb. 1960-cı illərin əvvəlində Cankarlo Cammetti ilə birlikdə "Valentino" moda evini təsis edib.

Valentinonun müştəriləri arasında Hollivud ulduzları, o cümlədən Odri Hepbern, Böyük Britaniya şahzadəsi Marqaret (kraliça II Yelizavetanın kiçik bacısı), rəssam Marella Anelli və başqaları olub.

1998-ci ildə Qaravani moda evini iş adamı Canni Anelliyə satıb. Lakin modelyer on il ərzində onun üçün kolleksiyalar yaratmağa davam edib. Sonuncu moda nümayişi 2008-ci ildə Parisdə baş tutub.

Xəbər lenti