Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Vəliyev Kamil Xanıbəy oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Bizim WhatsApp kanalımıza abunə olun