Şahbuzda 40 yaşlı kişini avtomobil vuraraq öldürüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Əmrah Hafiz oğlu Gülmalıyevın idarə etdiyi "Niva" markalı avtomobil yolu keçən, 1986-cı il təvəllüdlü Samir Abış oğlu Əliyevi vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.