IMG-LOGO

Salyanda yol qəzası olub, ölən və yaralanan var

19 Jan 2026 18:21 3 baxış
IMG

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər hadisə yerində ölüb. Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Hüseynov Coşqun Eldar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti