IMG-LOGO

İtaliya təmsilçisi Premyer Liqa klubunun futbolçusunu icarəyə götürüb

19 Jan 2026 18:45 2 baxış
IMG

İngiltərə təmsilçisi "Lids"in sol cinah vingeri Cek Harrison karyerasını İtaliya A Seriyası klubu "Fiorentina"da davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə "bənövşəyilər"in mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında "Fiorentina"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Cek Harrison cari mövsüm "Lids"in heyətində meydana çıxdığı 13 oyunda qol vura bilməyib.

Xəbər lenti