"Liverpul" rəhbərliyi baş məşqçi Arne Slotu yaxın vaxtlarda istefaya göndərməyi planlaşdırmır.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Klub rəhbərliyi bu mövsüm yaşanan bir sıra uğursuzluqlara baxmayaraq, niderlandlı mütəxəssislə yollarını ayırmaq niyyətində deyil. "Mersisaydlılar"ın rəhbərliyinin 47 yaşlı mütəxəssisi dəstəklədiyi və mövsümün ortasında məşqçi dəyişikliyi edən Premyer Liqanın digər təmsilçiləri "Mançester Yunayted" və "Çelsi"nin nümunəsini təkrarlamaq istəmədiyi vurğulanıb. Lakin azarkeşlərin dəstəyini itirməmək üçün niderlandlı mütəxəssis qısa zamanda vəziyyəti düzəltməlidir.
Rəhbərliyin dəyişiklik qərarını vermək istəməməsinin səbəblərindən biri də A.Slota əvəzləyici tapılmamasıdır.
Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 36 xalla 4-cü pillədə qərarlaşıb.