Niderland millisinin futbolçusu Noa Lanq Türkiyənin "Qalatasaray" klubuna keçir.
"Report" xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" 26 yaşlı vingerin keçidi üçün İtaliya təmsilçisi "Napoli" ilə anlaşıb.
Hazırkı Türkiyə çempionu oyunçu ilə də razılıq əldə edib.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən "Napoli"yə keçib.