Novosibirskdə müstəntiqlər Özbəkistan vətəndaşına qarşı cinayət işi açıblar. Qadın 2021-ci ildə bir yaşlı qızına işgəncə verib öldürməkdə şübhəli bilinir.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, istintaqın məlumatına görə, 2021-ci ilin iyun-avqust aylarında Özbəkistan vətəndaşı öz qızına fiziki və mənəvi əziyyət verib.
İstintaq idarəsi bildirib ki, 2021-ci ilin avqustunda dünyasını dəyişən azyaşlının ölüm şəraiti müəyyənləşdirilir. Ana heç vaxt tibb müəssisələri ilə əlaqə saxlamayıb, qızının dəfnini özü həyata keçirib.
Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, müstəntiqlər qadının Rusiya Federasiyasının ərazisində qanunsuz yaşaması faktını müəyyən ediblər.