Türkiyənin paytaxtı Ankarada 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Qanlı Yanvar” adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Azaflı” Sosial Yardım və Kültür Dərnəyinin, Türk Dünyası Kültür Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dərnəyin sədri Arzuman Azaflı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordu birləşmələrinin Bakıda törətdiyi dəhşətli hərbi cinayət barədə ətraflı məlumat verib.
Kahramanmaraş Sütçü İmam Universitetinin Politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, Prof. Dr. Toğrul İsmayıl, Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi Prof. Dr. Cavid Abdullazadə çıxışlarında 20 Yanvar hadisələrinin ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzinə çevrildiyini, SSRİ-nin süqutunu yaxınlaşdıran tarixi proseslərə təkan verdiyini bildirib, hadisələrin canlı şahidi kimi xatirələrini bölüşüblər.
Bizim Telegram kanalımıza abunə olun