IMG-LOGO

İran İraqa qaz tədarükünün dayandırılmasını qışın soyuğu ilə izah edib

26 Dec 2025 02:07 4 baxış
IMG

İran hakimiyyəti qışın soyuqluğu və texniki nasazlıqları xammalın əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunduğu qonşu İraqa qaz tədarükünün tamamilə dayandırılmasının əsas səbəbləri adlandırıb.

"Report" xəbər verir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.

"İran tərəfinin məlumatına görə, qaz ixracının dayandırılması texniki səbəblərdən və (İranda) qış soyuqluğuna görə daxili tələbatın artmasından qaynaqlanır",- nazirliyin mətbuat xidmətinin rəhbəri Əhməd Musa bildirib.

O əlavə edib ki, İran qazının tədarükü onsuz da yetərli deyildi və idxal dayandırılana qədər razılaşdırılmış 25 milyon kubmetrdən 5 milyon kubmetr təşkil edirdi. A.Musa vurğulayıb ki, ölkənin paytaxtı Bağdad və mərkəzi bölgələr İrandan qazla təmin olunmayıb, xammal isə yalnız cənub rayonlarında paylanıb.

Nazirliyinin sözçüsü bildirib ki, İran həqiqətən soyuq hava səbəbilə tədarükü dayandırsa, bu, bütün qışda İraqda İran qazının olmaması demək ola bilər. Musanın sözlərinə görə, İranın xammal ixracının dayandırılması səbəbindən İraq 4-4,5 min kilovata qədər elektrik enerjisi itirib. Onun sözlərinə görə, hazırda yerli stansiyalarda ümumi istehsal təxminən 17 min kilovatdır.

Xəbər lenti