IMG-LOGO

"İmişli"nin qapıçısı Andrey Sinenkaya "bud addüktor əzələlərinin kontuziyası" diaqnozu qoyulub

08 Apr 2026 11:43 5 baxış
IMG

Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz"la oyunda zədələnən "İmişli"nin qapıçısı Andrey Sinenkanın durumu müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.

Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb.

"Ona "bud addüktor əzələlərinin kontuziyası" diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub".

Xatırladaq ki, "İmişli" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib - 1:1. Andrey Sinenkanı 83-cü dəqiqədə Hüseynəli Quliyev əvəzləyib.

Xəbər lenti