IMG-LOGO

Aran bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Jan 2024 14:18 397 baxış
IMG

Azərbaycanın Aran bölgəsində - Şirvan, İmişli, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad rayonlarında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

“Report”un Aran bürosunun məlumatına görə, mərasimlərdə rayon icra hakimiyyəti rəsmiləri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış komplekslər ziyarət olunub, abidələr önünə qərənfillər düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.

Saat 12:00-da ehtiram əlaməti olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər səs siqnalları veriblər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti