IMG-LOGO

İngiltərə klubu baş məşqçisini yaxın vaxtlarda istefaya göndərməyi düşünür

18 Jan 2026 15:05 3 baxış
IMG

İngiltərənin "Kristal Pelas" klubunun rəhbərliyi baş məşqçi Oliver Qlasneri yaxın vaxtlarda istefaya göndərməyi düşünür.

"Report" "Sky Sports News"ə istinadən xəbər verir ki, buna səbəb məşqçinin XXII turda "Sanderlend" 1:2 hesablı məğlubiyyətdən sonra rəhbərliyi tənqid etməsidir.

O.Qlasner "özümüzü tamamilə tərk edilmiş hiss edirik" - ifadələrini işlədib. Klubun idarə heyətinin sədri Stiv Periş avstriyalı mütəxəssisin verdiyi şərhlərdən qəzəblənib. Baş məşqçi daha əvvəl yayda müqavilə müddəti bitdikdən sonra komandadan ayrılacağını bildirimişdi.

Qeyd edək ki, "Kristal Pelas" hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla 13-cü pillədə yer alıb.

Xəbər lenti