Azərbaycanın 3 atleti Qazaxıstanın Ust Kameniqorsk şəhərində keçirilən “Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış”da final mərhələsinə yüksəlib.
“Report”un məlumatına görə, bunlar İlahə Quliyeva, Lamiyə Vəliyeva və Əlhəm Nağıyevdir.
Qadın atletlər 400 m, Ə.Nağıyev isə 60 m məsafəyə qaçışda bunu reallaşdırıb.
Qeyd edək ki, turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Bizim Telegram kanalımıza abunə olun