IMG-LOGO

Binəqədidə evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

18 Jan 2026 14:36 3 baxış
IMG

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin bir otağında 1 ədəd yataq dəsti yanıb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti